Mənəvi Dəyərlərin Təbliği Fondu Qurani-Kərim hafizləri arasında müsabiqə elan edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Azərbaycan İlahiyyat İnstitutu və Şamaxı rayonu Göylər kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə Qurani-Kərim hafizləri arasında Vətən Müharibəsi şəhidi hafiz Elgün Quliyevin xatirəsinə həsr edilmiş müsabiqə elan edilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, iki mərhələdən ibarət olacaq müsabiqənin 1-ci mərhələsi Bakı, 2-ci (final) mərhələsi isə Şamaxı şəhərində keçiriləcək. 1-ci mərhələdə müvəffəqiyyət qazanmış 15 nəfər arasında final yarışması təşkil olunacaq. Finalda ən yüksək göstəricilərə malik olan 5 nəfər müsabiqənin qalibi elan olunacaq.

Qeyd edək ki, müsabiqə Qurani-Kərimin 30-cu cüzü əsasında təşkil olunacaq.

 Müsabiqədə iştirak üçün kriteriyalar:

• Yaşı 16-dan 30-dək olan şəxslər

Müsabiqə şərtləri:

• Xətasız qiraət etmək

• Təcvid qaydalarına riayət etmək

• Gözəl oxunuşa (hüsnül-əda) riayət etmək

QEYD: Müsabiqədə iştirak etmək istəyən şəxslərdən şəxsiyyət vəsiqəsinin surətini, mobil nömrə və yaşadığı yer (yaşadığı şəhər və ya rayonun adı) haqqında məlumatları mdtf.press@gmail.com ünvanına göndərmələri xahiş olunur.

Mükafat:

I yer – 1000 AZN

II yer – 800 AZN

III yer – 600 AZN

IV yer – 500 AZN

V yer – 400 AZN

Müsabiqəyə sənəd qəbulunun müddəti: 8 – 31 avqust 2022-ci il

1-ci mərhələnin keçiriləcəyi tarix: 6-8 sentyabr 2022-ci il

Final mərhələsinin keçiriləcəyi tarix: 16 sentyabr 2022-ci il

Əlaqə: 

Tel: (012) 436 98 54;

Mob: 055 228 49 80

E-mail: mdtf.press@gmail.com 

Ünvan: Bakı şəhəri, Ə.Naxçıvani küç., 29

Leave a Reply Cancel reply