Azərbaycanın qadın şahmatçıları Ermənistan millisini 4:0 hesabı ilə məğlub edib

Qadınlardan ibarət Azərbaycan milli komandası Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun görüşünü keçirib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, millimiz X turda Ermənistan kollektivi ilə qarşılaşıb. Günay Məmmədzadə birinci, Xanım Balacayeva ikinci, Gövhər Beydullayeva üçüncü, Gülnar Məmmədova dördüncü lövhədə görüşünü qalib başa vurub. Beləliklə, seçməmiz yekun nəticədə rəqibini darmadağın edib – 4:0.

Bu, Azərbaycan qadın şahmatçılarının yarışda yeddinci qələbəsi olub. 16 xalı olan yığma hazırda turnir cədvəlinin 3-cü plləsində qərarlaşıb. Sabah olimpiadada son tur oynanılacaq.

Leave a Reply Cancel reply