Azərbaycan İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazandı

Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, çəkicatma yarışlarında çıxış edən Anna Skidan bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib olub.

Qeyd edək ki, avqustun 18-dək davam edəcək yarışda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparacaq. Azərbaycan 24 idman növündən 22-si üzrə yarışlarda 300 idmançı ilə təmsil olunacaq.

Leave a Reply Cancel reply