Əhalinin psixi sağlamlığının yaxşılaşdırılması sahəsində tədbirlər görüləcək 

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun video-konfrans formatında növbəti iclasında əhalinin psixi sağlamlığın yaxşılaşdırılması sahəsində görüləcək işlər barədə yekun qərar verilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Səhiyyə Nazirliyi, İcbari Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Statistika Komitəsinin, həmçinin Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə sistemi” işçi qrupunun aidiyyatı nümayəndələrinin iştirak etdiyi iclasda “Səhiyyə sistemi” işçi qrupunun Fəaliyyət Planı təsdiq olunub. Daha sonra Plana müvafiq olaraq görülmüş işlər, eyni zamanda yaxın gələcəkdə görüləcək tədbirlərin müzakirəsi geniş formatda aparılıb.

Toplantıda giriş sözü işçi qrupun sədri, səhiyyə nazirin müavini Rasim İsmayılov çıxış edib. Daha sonra digər iştirakçıların çıxışları dinlənilib. Növbəti görüşlər üçün həyata keçiriləcək fəaliyyət istiqamətləri barədə təkliflər verilib.

İclasın sonunda əhalinin sağlamlığının yaxşılaşdırılması istiqamətində yeni maarifləndirici mobil tətbiqlər və internet-portallarının istifadəyə verilməsi ilə bağlı, eyni zamanda psixi sağlamlığın yaxşılaşdırılması sahəsində görüləcək işlər barədə yekun qərar verilib.

Leave a ReplyCancel reply