Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 6-cı nömrəsini nəşr edib

Jurnalın bu nömrəsində 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul haqqında elan, müsabiqə şərtləri, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi üçün təlimat, “Bakalavrin elektron ərizəsi”ndə ixtisaslaşma seçimi formasının nümunəsi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerləri olan ixtisaslaşmalarının siyahısı, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbulun proqnozu və digər zəruri məlumatlar təqdim olunub. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bakalavrların nəzərinə çatdırırıq ki, jurnalın bu nömrəsi, həm Azərbaycan, həm də rus bölməsi üzrə bir jurnalda – Azərbaycan dilində dərc edilib. 

Jurnalı “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq mümkündür. 

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).

Xatırladaq ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisaslaşma seçimi 8-14 avqust tarixlərində aparılacaq.

Leave a Reply Cancel reply