Bəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) sürücülərə xəbərdarlıq edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 06 avqust saat 08:00-dan 08 avqust saat 20:00–dək Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsinin, Salatın Əsgərova küçəsindən Abbasquluağa Bakıxanov küçəsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, edilən tarixlərdə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edirik.Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik”,- deyə Dövlət Agentliyi sürücülərə müraciət edib.

Leave a Reply