Azerspace-1 peyki üzərindən dənizdə internet xidmətlərinin təqdim edilməsinə başlanılıb

Müqaviləyə əsasən “Signalhorn” şirkəti Azerspace-1 peykinin Avropa yayım şüası üzərindən dənizdə internet xidmətləri təqdim etməyə başlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azerspace-1 peykinin resursları “Signalhorn” şirkətinə məxsus teleportdan birbaşa Aralıq dənizində hərəkət edən kruiz gəmilərinə ötürülür.

“Qlobal peyk rabitəsi bazarının əsas seqmentlərindən biri olan dənizdə genişzolaqlı rabitə imkanlarını təkmilləşdirməyə davam edirik.Hazırda tərəfimizdən Azerspace-1 və Azerspace-2 peykləri vasitəsilə Xəzər, Qara və Azov dənizləri, İran körfəzi, Volqa çayı və Aralıq dənizinin şərq hissəsində hərəkət edən gəmilərdə etibarlı və stabil internet xidmətləri təqdim edilir”, – deyə rəsmi məlumatda qeyd edilib.

Leave a Reply