AZAL yayılan şübhəli məlumatlarla bağlı açıqlama verib

“Azərbaycan Hava Yolları” QSC haqda vətəndaşlar arasında şübhəli məlumatlar yayılır.⠀

TIME rəsmi mənbəyə istinadən bildirir ki, son zamanlar AZAL-ın adından böyük pul uduşları barədə şübhəli məlumatlar yayılır.⠀

Bu cür məlumatlar xüsusilə mesencerlər, sosial şəbəkələr və ya elektron poçt vasitəsilə ötürülür.⠀

AZAL vətəndaşları diqqətli olmağa və şübhəli istinadlardan istifadə etməməyə çağırır.⠀

AZAL-ın bütün rəsmi məlumatları aviaşirkətin rəsmi saytında (www.azal.az), eləcə də sosial şəbəkələrdəki səhifələrində yerləşdirilir.⠀

Həmçinin xatırlatmalıyıq ki, son vaxtlar AZAL adından hüquqi və fiziki şəxslərə əməkdaşlıq, işə qəbul və s. haqqında müxtəlif təkliflər daxil olur.⠀

AZAL-ın adından istifadə edərək dələduzluqla məşğul olan bu kateqoriyalı şəxslərin aviaşirkətə heç bir aidiyyəti yoxdur.⠀

“Azərbaycan Hava Yolları” QSC qeyri-rəsmi mənbələrdə onun adından verilən vədlərə görə heç bir məsuliyyət daşımır.⠀

Belə hallarla rastlaşan vətəndaşlardan dərhal hüquq-mühafizə orqanlarına müraciət etmələrini xahiş edirik.

Leave a Reply Cancel reply