Növbəti vakansiya seçiminə başlanılır

4 avqust saat 11:00-dan etibarən bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə start veriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər 8 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

Qeyd edək ki, namizəd seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina edərsə, müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Bütün namizədlərə uğurlar arzulayırıq!

Leave a Reply