Uşaq inkişaf məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə imtahana kimlər buraxılmayacaq?

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə 2022-ci avqustun 7-də keçiriləcək imtahanda iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, yer, bina, zal, başlanma vaxtı və namizədin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Leave a Reply Cancel reply