Sabah 40 dərəcəyədək isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 9-14° isti, gündüz 23-28° isti olacaq.

Leave a Reply