Sosial şəbəkələrdə Azərbaycan Ordusunun fəaliyyəti ilə bağlı feyk məlumatlar yayılır

Müdafiə Nazirliyinin sosial şəbəkələrdə yayılan feyk məlumatlarla bağlı vətəndaşlara müraciət edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, müraciətdə son günlər sosial şəbəkələrdə müxtəlif adlar altında Vətən müharibəsi və təlimlər zamanı Azərbaycan Ordusunun fəaliyyətini, hərbi kolonların, eləcə də döyüş texnikalarının hərəkətini əks etdirən foto və video görüntülər yeni məlumat kimi paylaşıldığı qeyd edilib: “Bildiririk ki, xidməti fəaliyyət ilə bağlı Azərbaycan Ordusunun şəxsi heyəti və döyüş texnikası təlim mərkəzlərinə, ümumqoşun poliqonlarına mütəmadi olaraq hərəkət edir. Bir daha sosial şəbəkə istifadəçilərini və əhalini belə köhnə görüntüləri yeni video adı altında yaymamağa və ictimaiyyət arasında çaşqınlıq yaratmamağa çağırırıq”.

Müdafiə Nazirliyi vətəndaşlarımıza yalnız öz təsdiqini tapmış və Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində (www.mod.gov.az), həmçinin sosial şəbəkə hesablarında paylaşılan məlumatlara istinad etməyi tövsiyə edib.

Leave a Reply