İxtisas seçimi günləri müəyyən edilib

I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi isə 8-17 avqust tarixlərində aparılacaq.

İxtisas seçimi ilə əlaqədar “Abituriyent” jurnalının müvafiq nömrələri ixtisas seçiminin başlanılmasından bir neçə gün öncə nəşr olunacaq.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. “Abituriyent Məsləhət mərkəzləri” haqqında ətraflı məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:

Ali təhsil müəssisələri və DİM-in regional bölmələri.

Leave a Reply Cancel reply