Dövlət və icmal büdcələrinin icrasına dair arayış və ilin sonuna proqnozlar açıqlanıb

Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq olunmuş Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planının və “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının 2022-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi” (Mid-Year Review) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sözügedən sənəd dövlət maliyyə idarəolunması sahəsində bir sıra fiskal diaqnostika alətləri, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Fiskal şəffaflıq üzrə ən yaxşı təcrübələr” sənədi (OECD – Best Practices for Fiscal Transparency) və Beynəlxalq Büdcə Tərəfdaşlığı təşkilatının Açıq Büdcə Sorğusu (International Budget Partnership- Open Budget Survey) metodologiyasına uyğun olaraq hazırlanıb.

“Azərbaycan Respublikasının 2022-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi” özündə 2022-ci ilin ilk altı ayında makoiqtisadi vəziyyət və dövlət və icmal büdcələrinin icrasına dair məlumatları, həmçinin makroiqtisadi və fiskal göstəricilər üzrə ilin sonuna olan gözləntiləri, o cümlədən ilkin proqnozlarla yenilənmiş proqnozlar arasındakı kənarlaşmaların izahını ehtiva edir. 

Leave a Reply