Daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin 6 ayında daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, həmin standartlar işçinin yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudur. Peşə standartları əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkilində, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır.

Ümumilikdə son 3 ildə 1000-dən çox peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiqlənib.
Peşə və kvalifikasiya standartlarının hazırlanması prosesində işəgötürənlərlə, peşə assosiasiyaları və həmkarlar ittifaqı birlikləri ilə fəal əməkdaşlıq edilir, onların təklifləri öyrənilir.

Təsdiq edilən standartlar Nazirliyin e-sosial.az portalındakı “Peşə və Kvalifikasiya Standartlarının Reyestri”nə yerləşdirilib.

Leave a Reply Cancel reply