Ayaz Salayevin bu gün ad günüdür

Azərbaycan kinorejissoru və kinoşünası ssenaristi, televiziya aparıcısı və kino redaktoru, “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Ayaz Salayev 1 avqust 1960-ci ildə anadan olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki,  Ayaz Salayev 1977-1982-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinoşünaslıq fakültəsində təhsil alıb. 1983-1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında və “Azərbaycanfilm”də redaktor vəzifəsində çalışıb.

1986-1988-ci illərdə ÜDKİ-nin aspiranturasında oxumaqla bərabər, həmin təhsil ocağında “müasir film” fənnindən dərs deyib. 1995-ci ildə çəkdiyi “Yarasa” filmi Fransa, Almaniya, İspaniya, Yunanıstan, Belçika, İsveçrə, İsveç, Finlandiya, ABŞ, Kanada, Rusiya, Bosniya və Herseqovina, Misir, Türkiyə, Monqolustan və digər ölkələrdə keçirilən otuza yaxın müsabiqədə iştirak edib.

Film Fransanın Anje şəhərində keçirilən beynəlxalq Avropa kinosu festivalında Qran-priyə və digər nüfuzlu mükafatlara layiq görülüb. Sovet dövründə AzTV-də yayımlanan məşhur “Retro” verilişinin aparıcısı olub.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Müxtəlif ali və orta təhsil ocaqlarında kino tarixindən dərs deyib. “İnternyus-Azərbaycan”da rejissor kimi fəaliyyət göstərdiyi müddətdə bir neçə sənədli film və sosial məzmunlu rolik çəkib.

1.        Qız qalası əfsanəsi (film, 1923) (bərpanın redaktor-eksperti)

2.        Retro (veriliş, 1979) — aparıcı.

3.        Ordubad (film, 1983)

4.        Evlənmək istəyirəm (film, 1983)

5.        Bir dəfə görmək… (film, 1984)

6.        Təkəlduz (film, 1985)

7.        Ata (film, 1988)

8.        Bir nəfər hamıya görə (film, 1989)

9.        Təxribat (film, 1990)

10.      Yarasa (film, 1995) — kinorejissor.

11.      Anlam (veriliş, 1998) — aparıcı.

12.      Vahimə (film, 1998)

13.      Koma 0,1 saniyədə (film, 2007)[3]

14.      “Ağ-qara” gecələr (film, 2013)

15.      Sübhdən başlanan həyat (film, 2015)

16.      Qarabağın həsrət salnaməsi (film, 2016)

17.      Qarabağın həsrət salnaməsi (film, 2017)

18.      Torpaq (film, 2022)

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti dəyərli kino adamı Ayaz Salayevi doğum günü münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, yaradıcıllıq uğurları arzulayır.

Leave a Reply