Əmilərini qəsdən öldürməkdə şübhəli bilinən iki qardaş tutulub

İyulun 31-i saat 07 radələrində Masallı rayon sakini, 1961-ci il təvəllüdlü İbdulla Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, aparılmış ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Ariz Səfərov və qardaşı 2004-cü il təvəllüdlü Fəqan Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı taxta parçası və balta ilə əmiləri İbdulla Səfərova xəsarətlər yetirməklə onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ariz və Fəqan Səfərovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

Leave a Reply Cancel reply