Memarlıq ixtisası üzrə qabiliyyət imtahanına qeydiyyat başlayır

Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər/subbakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün 29 iyul – 3 avqust 2022-ci il tarixlərində DİM-in saytında qeydiyyatdan keçməlidirlər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, abituriyentlər 30 iyul – 3 avqust tarixlərində qabiliyyət imtahanına buraxılış vərəqələrini çap edə biləcəklər.

Memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər/ subbakalavrlar ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər.

Qeyd edək ki, memarlıq ixtisası üzrə müsabiqədə I ixtisas qrupunu seçmiş, müsabiqə şərtlərinə əsasən ümumi balı ən azı 200 olan və Qabiliyyət İmtahanı Komissiyası üzrə məqbul qiymət almış abituriyentlər/subbakalavrlar iştirak edə bilərlər.

Qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən, lakin I ixtisas qrupu üzrə qəbul imtahanının 2-ci cəhdinin nəticələri elan olunduqdan sonra ümumi balı 200-dən aşağı olan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar ixtisas seçimində iştirak edə bilməyəcəklər.

Xatırladaq ki, abituriyentlər (subbakalavrlar) yalnız rəsm fənnindən imtahan verirlər. İmtahandan 10 ballıq şkala üzrə 6 və daha yuxarı qiymət alan abituriyentlər(subbakalavrlar) məqbul qiymət almış hesab edilir və memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək hüququ qazanırlar.

Memarlıq istiqaməti üzrə qabiliyyət imtahanı haqqında ətraflı məlumat 2022-ci ildə nəşr edilmiş “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1‑ci sayında verilib.

Leave a Reply