Doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı keçiriləcək

23-24 noyabr 2022-ci il tarixlərində doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı keçiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, konfransın keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.

Konfrans riyaziyyat və təbiət elmləri, İKT və mühəndislik, sosial-humanitar elmlər istiqamətləri üzrə təşkil ediləcək.

Konfransda Azərbaycanın elm və təhsil müəssisələrindən, eyni zamanda xarici ölkələrin elmi-tədqiqat və ali təhsil müəssisələrindən olan azərbaycanlı doktorant və gənc tədqiqatçılar tezislə iştirak edə bilərlər. 

Tezislə müraciət üçün aşağıdakı keçiddən istifadə edilməlidir: https://forms.gle/84DaRMhRkqkRevyKA.

Müəlliflər üçün yazı qaydaları
 

Leave a Reply