Baş prokurorun aylıq vəzifə maaşı artırılıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” sərəncamında dəyişiklik edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, dəyişikliklə Azərbaycan Respublikası Baş prokurorunun aylıq vəzifə maaşı 3260 manat məbləğində müəyyən edilib.

Bu Sərəncam 2022-ci il iyulun 1-dən tətbiq edilir.

Leave a Reply Cancel reply