Erməni mətbuatında Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən qarşı tərəfin mövqelərinə atəş açılması haqda məlumatlar dərc edilib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən guya qarşı tərəfin mövqeləri istiqamətində atəş açılması barədə erməni mətbuatında yayılan məlumat yalan olduğu və dezinformasiya xarakteri daşıdığını bəyan edərək bu məlumatları təkzib edib.