Milli Yaylaq Festivalına ictimai nəqliyyat ilə getmək olacaq

Dövlət Avtomobil Nəqliyyat Xidmətinin təşkilati dəstəyi ilə Festival günlərində (29, 30, 31 iyul) səhər saat 08:00-dan etibarən Gəncə şəhərinin mərkəzində yerləşən Mərkəzi Univermağın qarşısından və Göygöl rayon avtovağzalının qarşısından Milli Yaylaq Festivalının keçiriləcəyi “Xan Yaylağı” Etno-qəsəbəsinə doğru və müvafiq olaraq geriya ictimai nəqliyyat hərəkət edəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, gediş haqqı 1 nəfər üçün 1 manat 50 qəpik nəzərdə tutulub.

Milli Yaylaq Festivalına fərdi qaydada öz avtomobilləri ilə geənlərin nəzərinə:

Festival ərazisində avtomobil sıxlığının qarşısını almaq məqsədilə Xan Yaylağına çatmamış böyük önləyici dayanacaq təşkil olunacaq. Buradan təqribən 700 metr məsafəni piyada getməklə əraziyə çatmaq mümkündür. Eyni zamanda həmin dayanacaqdan da kiçik avtobuslarla Xan Yaylağına reyslər təşkil olunacaq.

Bunun üçün 1 nəfər üçün 50 qəpik gediş haqqı nəzərdə tutulub.

Leave a Reply Cancel reply