“Girls Talk” layihəsinin növbəti görüşü keçiriləcək

İyulun 29-da Təhsil Nazirliyi və Azərbaycan-Britaniya Məzunları Birliyinin (AUKAA) birgə əməkdaşlığı nəticəsində “Girls Talk” layihəsinin növbəti vebinarı baş tutacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, görüş “2007-2015 Dövlət Proqramı” məzununun “Təlim Töhfəsi”nə uyğun olaraq keçirilir.

Layihənin əsas məqsədi uğurlu Azərbaycan qadınları və “2007-2015 Dövlət Proqramı”nın qadın məzunları ilə 12-18 yaş arası məktəbli qızların görüşünü keçirmək, onları düzgün ixtisas və peşə seçiminə motivasiya etmək, təhsil və karyera imkanları barədə məlumatlandırmaqdır.

Görüşdə spiker qismində “2007-2015 Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın “University of Edinburgh” ali təhsil müəssisəsində marketinq və biznesin təhlili ixtisası üzrə magistratura təhsili almış və hazırda “The Procter & Gamble” şirkətində bazarlama strategiyası və reklam üzrə menecer vəzifəsində fəaliyyət göstərən Nərmin Mustafayeva  iştirak edəcək.

Vebinarda iştirak üçün aşağıdakı keçiddən istifadə bilərsiz:

https://us06web.zoom.us/j/85491727524?pwd=MHJFbXNESWwyd0dqWUNzcSthaUVaQT09

Leave a Reply Cancel reply