Elm və Təhsil Nazirliyi yanında iki yeni agentlik yaradılıb

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Elm və Təhsil Nazirliyi yaradılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Elm və Təhsil Nazirliyinə elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər  həvalə edilib. Nazirliyin yanında 2 yeni agentlik yaradılıb və Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra elmi müəssisə və təşkilatları yeni yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Bu proses AMEA-nın ləğv olunması deyil, əksinə elm və təhsilin inteqrasiyasında, yeni mərhələnin başlanğıcı deməkdir. AMEA bir sıra humanitar yönümlü elmi müəssisələri ilə öz fəaliyyətini yeni inkişaf prioritetləri ilə davam etdirəcək.

Leave a Reply Cancel reply