Hava şəraiti kəskin dəyişəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Gündüz havanın arabir tutulacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.

İyulun 28-dən 29-u səhərədək şimal-qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacağı gözlənilir, lakin gündüz saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacaq.

İyulun 27-dən üçüncü ongünlüyün sonunadək əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi arabir 15-18 m/s, 28-də bəzi yerlərdə arabir 20-25 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Leave a Reply Cancel reply