“Enerji və Dördüncü Sənaye İnqilabı” mövzusunda hakaton yarışması keçiriləcək

Dövlət Neft Şirkətinin (SOCAR) və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə “Enerji və Dördüncü Sənaye İnqilabı” mövzusuna hakaton yarışması keçiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 9-11 sentyabr 2022-ci il  tarixlərində Bakı Ali Neft Məktəbində SOCAR və 4SİM-in birgə təşkilatçılığı ilə “Enerji və Dördüncü Sənaye İnqilabı” hakatonu keçiriləcək.

Hakatonun məqsədi Azərbaycanda, xüsusilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında “yaşıl” və rəqəmsal enerji texnologiyalarının tətbiqi, bərpa olunan enerji resurslarından istifadənin genişləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə innovativ ideyalara dəstək verilməsidir.

Yarışma aşağıakı kateqoriyalar üzrə keçiriləcək:

  • Enerji və əşyaların interneti;
  • Enerji və süni intellekt;
  • Enerji və rəqəmsal iqtisadiyyat.

Hakatonun mükafat fondu 11 000 manatır:

  • 1-ci yer 5000 manat;
  • 2-ci yer 3000 manat;
  • 3-cü yer 2000 manat;
  • 2 komandaya həvəsləndirici pul mükafatı 500 manat (hər birinə).

Qeydiyyat üzrə son tarix 20 avqust 2022-ci ildir.

Hakatonda iştirak etmək istəyənlər aşağıda göstərilən şərtlərə uyğun olmalıdırlar:

  • Yaş: 18-40
  • İştirakçılar yalnız komanda şəklində çıxış edə bilərlər;
  • Komanda, kapitan da daxil olmaqla, 5 nəfərdən ibarət olmalıdır;
  • Komandaların kapitanı komandanın üzvləri tərəfindən seçilir;
  • Bir komandada eyni müəssisədən maksimum 2 nəfər ola bilər;
  • İştirakçılar 56 saat ərzində tədbir keçirilən məkanda qalacaqlar;
  • İştirakçılardan COVİD-19 peyvənd və ya immunitet sertifikatı tələb olunacaqdır.

Müraciət formasını burada doldura bilərsiniz.

Seçilən iştirakçılar hakatonun gündəliyi və ətraflı məlumatla təmin olunacaqlar.

Leave a ReplyCancel reply