Abituriyentlər üç istiqamət üzrə qabiliyyət imtahanlarına buraxılış vərəqələrini çap edə bilərlər

Digər komissiyalar üzrə buraxılış vərəqələrinin verilməsi haqqında məlumat veriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, abituriyentlər Qabiliyyət İmtahanı Komissiyaları (QİK) üzrə buraxılış vərəqələrini çap edə bilərlər. Digər komissiyalar üzrə buraxılış vərəqələrinin yerləşdirilməsi haqqında məlumat veriləcək. 

İxtisaslarKomissiya koduŞəhər
İslamşünaslıq90Bakı
Rəngkarlıq (ikinci imtahan)67Naxçıvan
Təsviri incəsənət müəllimliyi81Gəncə
     

İmtahana gələn abituriyentlər aşağıdakı sənədləri gətirməlidirlər:

–     imtahana buraxılış vərəqəsini; 

–     şəxsiyyəti təsdiq edən sənədin əslini: 

a)   Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; 

b)   əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; 

–  Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Gecikən abituriyentlər imtahana buraxılmayacaqlar.

Leave a Reply Cancel reply