Sabah hava nisbətən sərin olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-24° isti, gündüz 30-33° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Leave a Reply Cancel reply