“Ləzzət” unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində Gəncə şəhəri, Ş. İ. Xətai prospekti ilə H. Əliyev prospektinin kəsişməsində yerləşən, fiziki şəxs Hacıyev Faiq Gülmalı oğluna məxsus “Ləzzət” unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkar edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, plandankənar yoxlama zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktların tələblərinə əməl etmədən fəaliyyət göstərdiyi, istehsalatda istifadə müddəti bitmiş bitki yağlarından istifadə olunduğu, satışı həyata keçirilən məhsulların üzərində istehsal və son istifadə tarixlərinin qeyd olunmadığı, həmçinin mal qonşuluğu prinsipinin pozulduğu müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısını qətiyyətlə alınacaq.

Leave a Reply