Kıvanç Tatlıtuğ və Beren Saat yenidən bir yerdə Netflixdə “Kral Kaybederse” serialında

Məşhur Netflix platformasında yaxın zamanda Kıvanç Tatlıtuğ və Beren Saatın illər sonra tərəfdaşlıq edəcəkləri iddia edilən serial yayımlanacaq.

TIME türk mediasına istinadən bildiri ki, Aşk-ı Memnu serialından sonra kinosevərlərin rəğbətini qazanmış bu cütlüyün yeni layihəsi Gülseren Budayıcıoğlunun “Kral Kaybederse” romanı əsasında çəkiləcək uzun zamandı gözlənilən serialdır. Deyilənə görə, yeni serialda, Aşk-ı Memnu serialında Bihterin anası obrazını böyük ustalıqla yaratmış Nebahat Çehrede rol alıb.

Sosial mediada yayılan məlumatlara əsasən, serial sentyabr ayında Star TV kanalında yayımlanacaq, lakin baş rolun ifaçısı Kıvanc Tatlıtuğ olsada, onun tərəfdaşının Beren Saatın olması ilə bağlı bir qərarın alınmadığı prodüserlər tərəfindən bildirilib.

Leave a Reply