Sabah 42 dərəcəyədək isti və güclü külək proqnozlaşdırılıb

Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, havanın temperaturu gecə 22-26° isti, gündüz 31-35° isti, Bakıda gecə 24-26° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Şimal-qərb küləyi iyulun 21-i gündüzədək 15-18 m/s, arabir 20-23 m/s, iyulun 20-21-də yarımadanın bəzi yerlərində arabir 25 m/s olacaq.

Azərbaycanın rayonlarında yağmursuz, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi iyulun 21-i gündüzədək ayrı-ayrı yerlərdə arabir 20-25 m/s olacaq.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 10-15° isti, gündüz 26-31° isti olacaq.

Leave a Reply Cancel reply