DİM taksi nəqliyyatı xidmətinin satın alınması üçün təkliflər sorğusu elan edir

İddiaçılar Müqaviləni yerinə yetirmək üçün lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sorğuda iştirak haqqı nəzərdə tutulmayıb.

İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 – təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət;

 – tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

 – tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

 – Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

 – iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

 – iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

 – iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq edilmiş surətləri);

 – tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

 – iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat;

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 2 avqust 2022-ci il saat 15:00-dək təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan tender təkliflərinə baxılmayacaqdır.

Təkliflər 3 avqust 2022-ci il saat 11:00-da açılacaqdır. İddiaçıların nümayəndələri iştirak edə bilərlər.

Tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən “Əsas şərtlər topIusu”nda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edilir.

İddiaçıların tender təklifi, həmçìnin təkliflər sorğusu proseduru ilə əlaqədar bütün yazışmalar və sənədlər Azərbaycan dilində həyata keçirilməlidir. Qiymət təklifləri Azərbaycan manatı ilə verilməlidir.

Əlaqələndirici şəxs: İlham Əliyev, telefon: 310 53 16 (1704)

E-mail: i.aliyev@dim.gov.az

Ünvan: AZ1138, Bakı şəhəri, Nəsimi rayonu, Ak. H. Əliyev küçəsi, 299.

Leave a Reply Cancel reply