Xüsusi qabiliyyət tələb edən məktəblərə müəllimlərin işə qəbulu üzrə imtahanın nəticələri elan olunub

Hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, iştirakçılar imtahan nəticələri barədə məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 349 nəfərdən 17-si imtahana gəlməyib.

İmtahanda namizədlərə 70 test tapşırığı təqdim olunub. 40 tapşırıq seçilən müvafiq sahә üzrә ixtisas biliklәrini, 10 tapşırıq pedaqoji bacarıqları, 10 tapşırıq mәntiqi tәfәkkürü, 10 tapşırıq isә ümumi dünyagörüşünü yoxlayan qapalı tipli test tapşırıqlarıdır. Hәr düzgün cavab bir balla qiymәtlәndirilir. Sәhv cavablar ümumi nәticәyә tәsir göstәrmir.

Leave a Reply