“Hər gün qadınlara qarşı hücumlar, onların hüquq və azadlıqlardan məhrum edilməsi ilə bağlı yayılan xəbərlər, görüntülər iranlıların nəcib ruhuna edilən təzyiqlərin göstəricisidir”.
TIME “Report”-a istinadən bildirir ki, İranın keçmiş şahı Məhəmmədrza Pəhləvinin həyat yoldaşı, şahbanu, Fərəh Diba (Pəhləvi) İranda keçirilən “Hicabsız hicab” aksiyasını müdafiə məqsədi ilə yayılan müraciətində bildirib.
“Mənim vətənimdə qadın və kişilər sivil yolla mübarizəsinə dair xəbərlər yayılır. Ayrı-seçkiliyə qarşıə mübarizənin mənbəyi qüuru və şərəfdir”,- şahbanu qeyd edib.
O, İranda bir zamanlar bütün vətəndaşların inancından asılı olmayaraq, geyim və həyat tərzində sərbəst olduqlarını vurğulayaraq, xalqın istəyi ilə belə bir günün yenidən gələcəyini bildirib: “Ölkəmizdəki hakimiyyət bənzərsiz xanımlarımızın bacarıqlarını çiçəkləndirmək əvəzinə ədalətsizliyi, zülmü və rəzaləti artırır. Ancaq bizim ölkə zalımlardan və zorakılıqlardan daha güclüdür”.
Qeyd edək ki, ötən həftə İranda geyimin sərbəstləşdirilməsi tələbi ilə “Hicabsız hicab” aksiyası keçirilib. Etiraz tədbirində qadınlarla yanaşı kişilər də iştirak edib. Polis ölkənin bir sıra şəhərlərində bu aksiyada iştirak etmiş, yaxud hicabsız görüntüləri yayılmış qadınları həbs edib.