Sabah 41 dərəcəyədək isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi arabir əsəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, havanın temperaturu gecə 23-27° isti, gündüz 31-36° isti, Bakıda gecə 25-27° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-41°, bəzi yerlərdə 43° isti, dağlarda gecə 10-15° isti, gündüz 27-32° isti olacaq.

Leave a Reply Cancel reply