“Moskva” ticarət mərkəzində qızıl oğruları saxlanılıb

“Moskva” ticarət mərkəzində qızıl piştaxtalarından oğurluq edən şəxslər saxlanılıblar

TIME rəsmi mənbəyə istinadən bildirir ki, naməlum şəxs qızıl almaq adı ilə dəyəri 2500 manat olan qızıl üzüyü barmağına taxıb sonra isə satıcının başının qarışıq olduğundan istifadə edərək hadısə yerindən uzaqlaşıb.

Ərazidə olan polis əməkdaşları tərəfindən oğurluq edən şəxs tez bir zamanda saxlanılıb və onun üzərində oğurlanan üzük aşkar edilib. Araşdırma zamanı məlum olub ki, naməlum şəxs əvvəllər məhkum olunmuş İlqar İmranovdur, onun oğurluq etməsi ticarət mərkəzinin kameralarının görüntülərində təsdiqlənib. Məlum olub ki, oğurluq edən şəxs başqa qızıl satışı mağazasından da eyni üsulla oğorluq edib.

“Moskva” ticarət mərkəzində keçirilən əməliyyat nəticəsində daha bir oğurluq hadısəsi aşkar edilib. Bu dəfə əvəllər məhkum olunmuş Ayaz Osmanov satıcının ani diqqətsizliyindən istifadə edərək dəyəri 1300 manatolan üzüyü oğurlayıb. Hazırda İlqar İmranov və Ayaz Osmanov digər cinayətlərin törədilməsində iştirak edilməsi ilə bağlı araşdırmalar davam edir.

Leave a Reply