Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müvəqqəti sədr təyin edilib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şahin Soltan oğlu Bağırovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzufəsinə təyin edilməsi haqda səəncam imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sənədə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Şahin Soltan oğlu Bağırova həvalə edilib.

Qeyd edək ki, dövlət başçısının 16 iyul 2022-ci il tarixində imzaladığı sərəncama əsasən Səfər Məmməd oğlu Mehdiyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib.

Leave a Reply