Əsas qida məhsullarının qiymət indexi artıb

2022-ci ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-iyun
aylarına nisbətən 112,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə
118,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 106,7 faiz, əhaliyə göstərilib ödənişli xidmətlər üzrə
110,3 faiz təşkil edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, cari ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, əvvəlki ilin iyun ayına nisbətən 114,2 faiz təşkil edib.

İstehlak qiymətləri indeksi, faizlə

2022-ci ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,0 faiz, əvvəlki ilin iyun ayına nisbətən 120,6 faiz təşkil edib.

2022-ci ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi, məhsul qrupları üzrə, əvvəlki aya nisbətən, faizlə

Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, düyünün, vaflinin, peçenyenin, manna yarmasının, kolbasa məmulatlarının, toyuq ətinin, pendirin, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, kivinin, limonun, şəkər və şəkər tozunun, konfetlərin, qəhvənin, mineral suların, limonadın, pivənin, tütün məmulatlarının, ucuzlaşma isə əsasən mal ətinin, bananın, gilasın, albalının, əriyin, xiyarın, pomidorun, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, soğanın, sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2022-ci ilin iyun ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, əvvəlki ilin iyun ayına nisbətən 107,4 faiz təşkil edib. Cari ilin iyun ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma geyim və ayaqqabıların, mebellərin, məişət cihazlarının, toz şəklində sintetik yuyuсu vasitələrin, sabunların, şampunların, diş pastalarının və dezodorantların, ucuzlaşma isə kəsilmiş taxtaların qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2022-ci ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri
indeksi əvvəlki aya nisbətən 100,7 faiz, əvvəlki ilin iyun ayına nisbətən 110,9 faiz təşkil
etmişdir. Cari ilin iyun ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli
xidmətlərdən daha çox bahalaşma mənzillərin icarə haqlarında, mənzillərin, mebellərin və
məişət cihazlarının təmiri, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi, ictimai
iaşə və hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə
olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Leave a Reply Cancel reply