Yeniyetmə qızı döydüyü iddia edilən Rəsilə Əliyeva danışdı

Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyevanın yeniyetmə qızı döydüyü iddia edilir.

TIME İndex.az-a istinadən bildirir ki, R.Əliyevə yayılan xəbərlərin hamısının şayiə olduğunu deyib:

“O qız heç bizim evimizə gəlməyib. Qızımın sinif yoldaşıdır. Gəlib maraqlansanız görərsiniz ki, o qız heç ailəsi ilə yaşamır. Gah xalasının yanında, gah anası bibisinin yanında yaşayır. Hansı ki, o qızın xalası 7 il əvvəl məktəbin drektoru tərəfindən əxlaqi durumuna görə məktəbdən qovulub. Mənim qızım onun telefonunu gətirib mənə verib. Məndə o qızın məktəbdə uşaqlara pis təsir etdiyini bilirdim. Telefona baxdıqda gördüm ki, içində dəhşətli videolar və fotolar var. Məndə bu video və fotoların bir qismini atasına və anasına göndərdim. Onlar da, bunun qarşılığında mənim vəzifədə olmağımdan istifadə edərək belə şaiələr ortaya atıblar. Bir neçə həftə əvvəl məktəbdə keçirilmiş iclasda direktor həmin qızın qovulması barədə qərar qəbul etmişdi. Mən heç kimdən çəkinmirəm. Ən azından məktəbin direktoru kimi qaçıb gizlənmirəm. Bütün sualları və zəngləri cavablandırmağa hazıram. Mən sadəcə istədim ki, qızın valideyinləri məsələdən agah olsunlar”, deyə o bildirib.

Xatırladaq ki, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyevanın yeniyetmə qızı döyməsi ilə bağlı məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə verib. O bildirib ki, hadisə ilə bağlı yeniyetmə qızın dayısı sığınacağa müraciət edib.

Dayının sözlərinə görə, Rəsilə Əliyeva və Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova (Babayeva) qızı döyüblər.

Hazırda qızın xəsətəxanada olduğu və halının pisləşdiyi bildirilir.

One thought on “Yeniyetmə qızı döydüyü iddia edilən Rəsilə Əliyeva danışdı”

Leave a Reply Cancel reply