Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İlqar Əli oğlu Musayevin Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi təyin edilməsi haqda sərəncam imzalayıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, dövlət başçısının digər sərəncamına əsasən İlqar Əli oğlu Musayev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini vəzifəsindən azad edilib. Bu Sərəncam bu gündən etibarən qüvvəyə minir.