Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı başlanır

Ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş şəxslər 15 iyul saat 12:00-dan 25 iyul saat 12:00-dək elektron qaydada portal.edu.az platformasında qeydiyyatdan keçə bilərlər

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olmuş şəxslər elektron qaydada qeydiyyatdan keçməlidirlər.

Bakalavrlar https://portal.edu.az/ portalında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Eyni zamanda müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.

Qeydiyyat 15 iyul saat 12:00-dan 25 iyul saat 12:00-dək davam edəcək.

Qeydiyyat prosesi ilə bağlı ən çox verilən suallar və cavabları ilə buradan tanış olmaq mümkündür. Bakalavrlar əlavə məlumat əldə etmək üçün Təhsil Nazirliyinə müraciət edə bilərlər.

Verilən müddət ərzində qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Leave a Reply