İdmançımız XI Ümumdünya Oyunlarında qızıl medal qazanıb

Kikboksinq üzrə dünya çempionu Bəhram Rəcəbzadə ABŞ-ın Birmingem şəhərində keçirilən XI Ümumdünya Oyunlarında qızıl medal qazanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 91 kq-dan yuxarı çəki dəcərəsində çıxış edən idmançı finalda xorvatiyalı son dünya ikincisi Anto Şiriçə qalib gələrək qızıl medala yiyələnib.

Qeyd edək ki, bu, Ümumdünya Oyunlarında Azərbaycanın yeganə qızıl medalıdır. Azərbaycan bu qızıl medal sayəsində 33-cü yerə qalxıb. 1 qızıl və 1 bürünc medal qazanan Azərbaycan millisi bu yeri Litva ilə bərabər bölüşdürür. Kikboksinq üzrə nəticəyə əsasən isə Azərbaycan 1 qızıl medalla Avstriya və Meksika ilə birgə 3-cü yerdədir.

Xatırladaq ki, “Altın Qurd” ləqəbli Bəhram Rəcəbzadə 1/4 finalda son dünya üçüncüsü Miroslav Vuyoviç diskvalifikasiya olunduğu üçün döyüşmədən qalib elan edilib. O, yarımfinalda digər son dünya üçüncüsü Roman Şerbatyuku (Ukrayna) məğlub edib. Kikboksçunun 1/4 final mərhələsindəki rəqibi monteneqrolu Miroslav Vuyoviç rinqə çıxmayıb.

Onu da bildirək ki, XI Ümumdünya Oyunlarına iyulun 17-də yekun vurulacaq.

Leave a Reply Cancel reply