İcra hakimiyyəti əməkdaşının yeniyetmə qızı vəhşicəsinə döyməsi iddia edilir

Qızın dayısı hadisə ilə bağlı Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadəyə müraciət edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, aşağıda gördüyünüz fotolar yeniyetmənin dayısı tərəfinən çəkilib.

Şikayətçi bildirib ki, Lənkəran İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva və Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova (Babayeva) məktəblini attestatı vermək adı ilə evə çağırıb evdə fiziki zorakılıq tətbiq ediblər. Səbəb isə döyülən qızın Rəsilə Əliyevanın qızının telefonundan istədiyi oğlana mesaj yazması olub. Deyilənə görə, Rəsilə Əliyeva öz qızını da döyüb.

Leave a Reply Cancel reply