Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 78-nin açılması təmin olunub.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, iyulun 14-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 78-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 1-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
- Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.