“Azəriqaz” qazifikasiya ilə bağlı perspektiv fəaliyyət planı hazırlayacaq

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və SOCAR “Azəriqaz” İstehsalat Birliyi yanında fəaliyyət göstərən İctimai Şuraların “Azəriqaz” İB-də birgə görüşü keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, görüşdə SOCAR “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev və Birliyin digər məsul şəxsləri də iştirak ediblər.

Görüş zamanı respublika ərazisində ətraf mühitin, xüsusilə meşə sahələrinin qorunması və onların bərpası məqsədilə meşə sahələrinə yaxın yerləşən, təbii qazdan istifadə etməyən yaşayış məntəqələrində mərhələli şəkildə müvafiq infrastrukturun qurulması istiqamətində perspektiv fəaliyyət planının hazırlanması, fəaliyyət planının reallaşdırılması üçün İctimai Şuraların dəstək göstərilməsi məsələləri geniş müzakirə edilib.

Ruslan Əliyev İctimai Şuraların fəaliyyətini yüksək qiymətləndirərək bu görüşlərin bundan sonra da davam etdirilməsinin vacib olduğunu vurğulayıb.

Leave a Reply