Qarabağda daha iki nəfər minaya düşüb- onlardan biri Türkiyə vətəndaşıdır

İyulun 14-ü saat 14 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində Türkiyə Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Yalpiri Yıldırayın  minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Cəbrayıl baş vermiş digər hadisədə xəsarət alan “Azərsun holdinq”in sürücüsü olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ilkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman tikinti şirkətində ekskavator sürücüsü kimi çalışan Yalpiri Yıldırayın minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

Digər mina partlayışı bu gün saat 13 radələrində Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazisində baş verib. Nəticədə, kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan “Azərsun holdinq”in sürücüsü 1996-cı il təvəllüdlü Şamil Məmmədov rayonun Dağ Tumas kəndi ərazisində yük maşını ilə hərəkətdə olarkən tank əleyhinə minaya düşüb və ağır dərəcəli bədən xəsarətlər alıb.

Hazırda faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Leave a Reply Cancel reply