Daxili İşlər Nazirliyi narkotiklərlə mübarizə tədbirləri çərçivəsində 4 ton çətənə kolunu qanunsuz dövriyyədən çıxarıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Sabunçu rayonunda son 1 ay ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan 60 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 4 tona yaxın kultivasiya edilmiş çətənə kolu, eləcə də külli miqdarda digər növdən olan narkotik vasitələr çıxarılıb.
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən respublika ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.