“Mütaliə terapiyadır” adlı kitabın təqdimatı olub

Cari ilin 7 iyul tarixində “LIBRAFF” kitab evində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Mütaliə terapiyadır” adlı kitabının təqdimat mərasimi keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində nəşr olunan kitabın təqdimatında nazirliyin Kitab sənayesi şöbəsinin əməkdaşı Kamran Musayev iştirak edib.

Tədbirdə çıxış edənlər bu cür layihələrin gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinə sevginin artırılmasına və  mənəvi dəyərlərin yüksəlməsinə öz töhfəsini verdiyini vurğulayıblar.

Tədbirdə həmçinin Mədəniyyət Nazirliyi sözügedən layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə təşəkkürnamə ilə təltif olunub.

Leave a Reply Cancel reply