Azercell şübhəli məzmunlu keçidlərə reaksiya verməməyə çağırıb

“Azercell Telekom” MMC bütün abunəçilərini “WhatsApp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə, sorğu və ismarışlara reaksiya verməməyə çağırıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, şirkətin yaydığı xəbərarlıqda, müvafiq məzmunun Azercell-ə heç bir aidiyyəti olmadığı qeyd edilib.

Yarana biləcək əlavə xərclərin qarşısını almaq üçün “Azercell Telekom” MMC öz
abunəçilərinə şübhəli zəng və mesajları cavablamamağı, etibar doğurmayan internet
saytlardan istifadə etməməyi, həmçinin cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə
əməl etməyi, telefonlarını nəzarətsiz qoymamağı, şübhəli məzmunlu müxtəlif oyun,
yarışma və s. təkliflərdən yararlanmamağı tövsiyə edir.

Leave a Reply