Ali məktəblərə qəbul imkanları bu il daha çox olacaq

Bu il təqdim olunan plan yerləri ötən illə müqayisədə 4 minə qədər çoxdur.

TIME bildirir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında ali məktəblərə qəbul imtahanlarının ikinci cəhdinin birincidən daha yaxşı olacağı gözləndiyini deyib.

“Müsabiqə vəziyyəti təkcə keçid ballarından asılı deyil. Verilən plan yerləri ilə də bağlıdır. Bu il təqdim olunan plan yerləri ötən illə müqayisədə 4 minə qədər çoxdur. Müəyyən ixtisaslarda çoxalma var. Dəqiq məlumat vermək üçün hər bir ixtisasla bağlı əsaslı təhlil və müqayisə aparılmalıdır”, – deyə M. Abbaszadə əlavə edib.

Leave a Reply Cancel reply